...

Tezliklə Azərbaycan nefti rəsmən Çexiyanın dövlət ehtiyatlarına daxil ediləcək - Tomaş Poyar

İqtisadiyyat Materials 3 İyun 2025 11:19 (UTC +04:00)
Tezliklə Azərbaycan nefti rəsmən Çexiyanın dövlət ehtiyatlarına daxil ediləcək - Tomaş Poyar
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

İki həftə sonra Azərbaycan nefti rəsmən Çexiyanın dövlət ehtiyatlarına daxil ediləcək.

Trend xəbər verir ki, bunu Çexiyanın milli təhlükəsizlik üzrə müşavirinin müavini Tomaş Poyar Bakı Enerji Forumunda nitqlə çıxış edərkən deyib.

O, Çexiyanın Azərbaycan neftinin ikinci ən böyük idxalçısı olduğunu vurğulayıb. O eyni zamanda Azərbaycan qazının Çexiyanın enerji balansının mühüm tərkib hissəsi olduğunu diqqətə çatdırıb.

"Bunu anlamaq vacibdir ki, enerji təhlükəsizliyi təkcə mənbə-ölkənin məsələsi deyil. Bu, həm də tədarük marşrutları məsələsidir. Və siz bir dəhlizdən asılı ola bilməzsiniz. Səbəblər təkcə siyasi deyil, həm də ekoloji ola bilər. Ona görə də biz həm bərpa olunan enerji mənbələri, həm də ənənəvi mənbələr baxımından - hər zaman çox-səviyyəli enerji əməkdaşlığının tərəfdarı olmuşuq", - T.Poyar deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti