Bakı. Trend:
bp-nin Azərbaycan-da həyata keçirdiyi birgə layihələrdə səmərəliliyin artırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.
"30-cu Bakı Enerji Həftəsi çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birgə bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrellə görüşdük. bp-nin Azərbaycan-da həyata keçirdiyi birgə layihələrdə səmərəliliyin artırılması, innovativ texnologiyaların və rəqəmsal həllərin tətbiqi ilə bağlı fikir mübadiləsi apardıq", - deyə paylaşımda qeyd edilib.