Bakı. Trend:
Bu ilin I rübü ərzində Neftçala Sənaye Məhəlləsində 17,2 milyon manatlıq məhsul istehsal edilib.
Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov məlumat verib.
O bildirib ki, Neftçala Sənaye Məhəlləsində hazırda investisiya
portfeli 63 milyon manatdan çox olan 6 sahibkarlıq subyektinə
rezidentlik statusu verilib, bunlardan 5-i fəaliyyət göstərir:
"Sahibkarlar tərəfindən bugünədək görülən işlərə 50 milyon manata
yaxın investisiya yatırılıb, 317 nəfərlik daimi iş yeri
yaradılıb.
İndiyədək Neftaçala Sənaye Məhəlləsininin rezidentləri tərəfindən
228 milyon manatlıq məhsul satışı həyata keçirilib, bunun da 1,4
milyon manatlıq hissəsi ixracın payına düşür".
"2025-ci ilin I rübü ərzində Sənaye Məhəlləsində 17,2 milyon manatlıq məhsul istehsal edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqyisədə 6,3 dəfədən çoxdur", - deyə E. Kazımov qeyd edib.