Bakı. Trend:
Cari ilin may ayının sonunda Azərbaycanda pul bazası 20,630 milyard manat olub.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, pul bazası əvvəlki ayla müqayisədə 89,6 milyon manat və ya 0,4% azalıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 681,7 milyon manat, yaxud da 3,4% artıb.
Belə ki, cari ilin aprel ayının sonunda Azərbaycanda pul bazası 20,719 milyard manat, ötən ilin may ayının sonunda isə 19,948 milyrd manat olmuşdu.