...

Ötən il gömrük orqanlarının xətti ilə büdcəyə 6,6 milyard manat vəsait təmin edilib

İqtisadiyyat Materials 3 İyun 2025 11:39 (UTC +04:00)
Ötən il gömrük orqanlarının xətti ilə büdcəyə 6,6 milyard manat vəsait təmin edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Belə ki, 2024-cü il üzrə dövlət büdcəsinin gəlirləri 37,2 mlrd. manat olmaqla, proqnoza qarşı 774 mln. manat və ya 2,1 faiz, 2023-cü illə müqayisədə isə 1,9 mlrd. manat və ya 5,5 faiz çox icra edilib.

Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, hesabat ilində vergi orqanlarının xətti ilə büdcəyə 15,8 mlrd. manat, gömrük orqanlarının xətti ilə 6,6 mlrd. manat vəsait təmin edilib. Bu isə proqnoza nisbətən müvafiq olaraq 538 mln. manat və 214 mln. manat çoxdur.

“Qeyri-neft sektoru üzrə büdcə daxilolmaları proqnozla müqayisədə 573 mln. manat və ya 3,1 faiz artıq icra olunmaqla 19,2 mlrd. manat təşkil edib, 2023-cü ilin müvafiq göstəricisini 2,1 mlrd. manat və ya 12,4 faiz üstələyib.

Büdcənin gəlirlərində qeyri-neft sektorundan daxilolmaların payı 48,5 faizdən 51,6 faizə yüksəlib.

Qeyri-neft sektoru üzrə daxilolmaların proqnozları üstələməsi bu sektor üzrə ÜDM-in makroiqtisadi proqnozlarda nəzərdə tutulandan çox olması ilə əlaqədar olub. Belə ki, qeyri-neft ÜDM proqnozdan 956 milyon manat çox olub, real artım tempi isə 0,7 faiz-bəndi təşkil edib.

Hesabat dövründə Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulduğu kimi 12,8 mlrd. manat transfert edilib”, - komitə sədri vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti