...

Çinin enerji doldurucu cihazlar istehsalçısı Azərbaycanda biznes qurmaq marağındadır

İqtisadiyyat Materials 3 İyun 2025 11:30 (UTC +04:00)
Çinin enerji doldurucu cihazlar istehsalçısı Azərbaycanda biznes qurmaq marağındadır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin "Infypower" şirkəti məhsullarını Azərbaycan bazarına təqdim etməyi planlaşdırır.

Bu barədə Trend-ə açıqlamasında sözügedən şirkətin satış meneceri Martin Mo 30-cu Yubiley “Baku Energy Week” tədbiri çərçivəsində deyib.

O, ilk olaraq şirkət barəsində məlumat verib: "Rəsmi adı "Shenzhen Infypower" olan şirkətimiz elektrik mühərrikli nəqliyyat və bərpaolunan enerji sahəsində qabaqcıl güc elektronika həlləri təqdim edən Çin mənşəli yüksək texnologiyalı şirkətidir. 2014-cü ildə qurulan bu şirkət, elektrikli avtomobil şarj modulları, enerji saxlama sistemləri (ESS), ikitərəfli enerji çeviriciləri (bidirectional converters) və V2G (Vehicle-to-Grid) texnologiyaları üzrə ixtisaslaşıb.

Biz əslində bütün DC enerji doldurucu cihazları istehsal edən bir şirkətik".

Şirkət rəsmisi Azərbaycanla mümkün əməkdaşlıq imkanlarından da bəhs edib: "Azərbaycanda ilk dəfə iştirak edirik. Stendimizdə də gördüyünüz kimi, biz yüksək gücə malik doldurucu cihazlar istehsal edirik. Bu cihazlarla bütün elektrik nəqliyyat vasitələrini çox qısa müddətdə doldurmaq mümkündür.

Bu da avtomobillər üçün olduqca rahatdır, yəni yola davam etmək üçün idealdır.

Məsələn, hər hansısa bir şirkətdən 15-20 dəqiqlik nəsə alış veriş etməyə gedirsiniz və bu zaman aralığında avtomobiliniz tam doldurulur və yola davam etməyə hazır olur".

"Beləliklə, biz Azərbaycana bu tip elektrik avtomobili doldurucuları və yüksək güclü doldurucuları təqdim etmək istəyirik.

Biz məhsullarımızı burada paylamağa və Azərbaycanda biznes qurmağa çalışırıq. Çünki bu bazar kifayət qədər yaxşıdır və yaşıl enerji ilə bağlı bəzi siyasətlər və təşəbbüslər var. Deyə bilərəm ki, bu sərgidə iştirakımızın əsas səbəbi də budur", - M. Mo qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti