Bakı. Trend:
ABŞ Senatı dörd həftə ərzində Rusiyaya qarşı sanksiyalarla bağlı qanun layihəsinin müzakirəsinə başlayacaq.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə senator bildirib.
"Biz Trampa Rusiyanı əvvəl-axır danışıqlar masasına əyləşdirməyə məcbur etmək üçün lazım olan bütün alətləri təqdim etməyə hazırıq",- deyə senator bildirib.
Qeyd olunur ki, qanun layihəsinə Rusiyadan neft, qaz, uran və digər mallar alan ölkələr üçün 500 faizlik rüsum tətbiqi daxildir.