Bakı. Trend:
Çinin neft sənayesi ilə əlaqəli avadanlıqların layihələndirilməsi və istehsalı üzrə ixtisaslaşmış "Shanghai GiantStar Petroleum Technology" şirkəti Azərbaycan bazarına daxil olmağı niyyətindədir.
Bu sözləri sözügedən şirkətin nümayəndəsi Vilyam Qao 30-cu Yubiley “Baku Energy Week” tədbiri çərçivəsində Trend-ə açıqlamasında deyib.
O, Çinin Şanxay şəhərindən gəldiklərini və Azərbaycanla ilk tanışlıqlarının olduğunu bildirib:
"Neft-qaz sahəsinə də ilk dəfə qoşuluruq. Ümid edirik ki, ölkələrimiz birlikdə inkişaf edəcək. Çünki biz Azərbaycanın neft və qaz sənayesinin gələcəyinə böyük ümidlərlə baxırıq. Burada olmaq bizim üçün böyük şərəfdir".
"Eyni zamanda, məhsullarımızı bazara təqdim etməkdən də qürur duyuruq. Bu, Azərbaycanı ilk dəfə ziyarətimizdir. Ümid edirik ki, gələn il yenidən bura gələcəyik. Daha dərindən müzakirələr aparmaq və gələcək əməkdaşlıq üçün danışıqları davam etdirmək istəyirik", - şirkətin nümayəndəsi vurğulayıb.