...

ABŞ İrana uranı zənginləşdirməyə icazə verməyəcək - Tramp

Dünya xəbərləri Materials 3 İyun 2025 06:09 (UTC +04:00)
ABŞ İrana uranı zənginləşdirməyə icazə verməyəcək - Tramp

Bakı. Trend:

ABŞ prezidenti Donald Trampın administrasiyası İrana nüvə proqramı üzrə potensial razılaşma çərçivəsində uranı zənginləşdirməyə icazə verməyəcək.

Trend-in məlumatına görə, bu barədə Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

O bildirib ki, ABŞ-nin keçmiş prezidenti Co Bayden İranda uranın zənginləşdirilməsini çoxdan dayandırmalı idi.

"Potensial razılaşmamıza əsasən, biz uranın heç bir zənginləşdirilməsinə icazə verməyəcəyik!" - deyə D.Tramp əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti