Bakı. Trend:
"Microsoft" qurucusu Bill Qeytsin sərvətinin böyük hissəsi Afrikaya çatacaq.
Trend-in məlumatına görə, bu barədə B.Qeyts iyunun 2-də Afrika İttifaqının Efiopiyanın paytaxtı Əddis-Əbəbədəki mənzil-qərargahında çıxışı zamanı bildirib.
"Bu yaxınlarda söz verdim ki, sərvətim 20 il ərzində köçürüləcək. Bu maliyyənin əsas hissəsi Afrikadakı problemləri həll etməyə kömək etmək üçün xərclənəcək", - deyə o qeyd edib.
O əlavə edib ki, vəsaitlər Bill və Melinda Qeyts Fondu vasitəsilə gələcək.