...

“Mebel sənayesi məhsulları” standartlaşdırma üzrə yeni Texniki Komitə yaradılıb

İqtisadiyyat Materials 2 İyun 2025 12:34 (UTC +04:00)
“Mebel sənayesi məhsulları” standartlaşdırma üzrə yeni Texniki Komitə yaradılıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nəzdində “Mebel sənayesi məhsulları” standartlaşdırma üzrə yeni Texniki Komitə (AZSTAND/TK 14) təsis edilib.

Trend bu barədə AZSTAND-a istinadən xəbər verir.

Məlumata görə, Texniki Komitənin yaradılmasında əsas məqsəd mebel sənayesi sahəsində istifadə olunan məhsulların, o cümlədən istehsal proseslərinin milli və beynəlxalq standartlara uyğunlaşdırılması, həmçinin məhsul keyfiyyətinin artırılması, təhlükəsizlik və rəqabətqabiliyyətliliyin yüksəldilməsi istiqamətində normativ-hüquqi bazanın təkmilləşdirilməsidir.

AZSTAND/TK 14-ün tərkibinə Azərbaycan Mebel İstehsalçıları Assosiasiyası ilə yanaşı, müvafiq dövlət qurumlarının nümayəndələri də daxil edilib.

Qeyd: “Mebel sənayesi məhsulları” standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 14) Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 yanvar 2023-cü il tarixli, 3721 nömrəli Sərəncamı ilə təsdiq olunan “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədilə Azərbaycan Standartlaşdırma İnstitutunun müvafiq qərarı əsasında yaradılıb.

Xəbər lenti

Xəbər lenti