Bakı. Trend:
Bu ilin birinci rübündə Şərq-Qərb nəqliyyat dəhlizinin Azərbaycan hissəsi üzrə yük dövriyyəsinin həcmi 1,583 milyard ton-km olub.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 72 milyon ton-km və ya 4,8% çoxdur.
Belə ki, 2024-cü ilin birinci rübündə Şərq-Qərb nəqliyyat dəhlizinin Azərbaycan hissəsi üzrə yük dövriyyəsinin həcmi 1,511 milyard ton-km olmuşdu.
Qeyd edək ki, hesabat dövründə bu nəqliyyat dəhlizi üzrə yük dövriyyəsinin 1,007 milyard ton-km hissəsi tranzit yüklər olub.