...

Türkiyə bərpa olunan enerji mənbələrinin inkişafına irimiqyaslı investisiyalar yönləndirməyi planlaşdırır - Nazir müavini

İqtisadiyyat Materials 3 İyun 2025 11:18 (UTC +04:00)
Türkiyə bərpa olunan enerji mənbələrinin inkişafına irimiqyaslı investisiyalar yönləndirməyi planlaşdırır - Nazir müavini
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə bərpa olunan enerji mənbələrinin inkişafına irimiqyaslı investisiyalar yönləndirməyi planlaşdırır.

Trend xəbər verir ki, bunu Türkiyənin Energetiya və Təbii Sərvətlər nazirinin müavini Əhməd Berat Çonkar Bakı Enerji Forumunda etdiyi çıxışda deyib.

“Bizim milli enerji planımızda bərpa olunan enerji mənbələrinə irimiqyaslı investisiyaların qoyuluşu nəzərdə tutulur. Hal-hazırda bizim əldə etdiyimiz gücün 60 faizini məhz bərpa olunan enerji mənbələrinə payına düşür ki, bu da bizi bu göstəriciyə görə Avropada beşinci, bütün dünya üzrə isə on birinci edir”,- deyə o bildirib.

Çonkar Türkiyənin 2035-ci ilə qədər külək və günəş elektrik enerjisinin ümumi gücünün 30 QVt-dan 120 QVt-a çatdırılmasını planlaşdırdığını və buna təxminən 100 milyard dollar investisiyanın tələb olunduğunu qeyd edib.

O, yaxın zamanda Akkuyuda ilk atom elektrik stansiyasının istismara verilməsinin planlaşdırıldığını diqqətə çatdırıb. Beləcə 2050-ci ilə qədər atom enerjisi gücünün 20 QVt-a qədər artırılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti