...

Çinin neft və qaz sənayesi üzrə qazma avadanlıqlar istehsalçısı məhsullarını Azərbaycana ixrac etməyi hədəfləyir

İqtisadiyyat Materials 3 İyun 2025 10:50 (UTC +04:00)
Çinin neft və qaz sənayesi üzrə qazma avadanlıqlar istehsalçısı məhsullarını Azərbaycana ixrac etməyi hədəfləyir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin "Neway Oil Equipment" şirkəti məhsullarını Azərbaycan bazarına çıxarmaq marağındadır.

Bu barədə Trend-ə açıqlamasında sözügedən şirkətin regional satış meneceri Cenni Janq 30-cu Yubiley “Baku Energy Week” tədbiri çərçivəsində deyib.

O, əvvəlcə təmsil etdiyi şirkət barəsində danışıb: "Biz "Neway Group"a daxil olan "Neway Oil Equipment" şirkəti olaraq neft və qaz sənayesi üçün qazma avadanlıqlarının layihələndirilməsi, istehsalı və qlobal miqyasda satışı ilə məşğuluq. Şirkətimiz API 6A və 16C standartlarına uyğun yüksək təzyiqli quyubaşı və "Christmas Tree" avadanlıqları istehsal edir. Bizim ofisimiz Çinin Suzhou şəhərində yerləşir".

Şirkət nümayəndəsi Azərbaycanla mümkün əməkdaşlıq imkanlarını da dəyərləndirib: "Məhsullarımızı dünyanın müxtəlif ölkələrinə ixrac edirik. Şirkətimizin gəlirlərinin 15%-i onun ixracı hesabınadır.
Biz Azərbaycan şirkətləri ilə də əməkdaşlıqdan məmnun olardıq. Birbaşa olmasa da, agentlər vasitəsilə bu ölkəyə məhsullarımızı ixrac edə bilərik. Bu istiqamətdə danışıqlar aparırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti