...

Mərkəzi Bankın valyuta ehtiyatları ötən ay 32 milyon dollar artıb

İqtisadiyyat Materials 3 İyun 2025 10:48 (UTC +04:00)
Mərkəzi Bankın valyuta ehtiyatları ötən ay 32 milyon dollar artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin mart ayının sonuna Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11,094 milyard ABŞ dolları olub.

Trend bu barədə AMB-dən məlumat əldə edib.

Məlumata görə, bu göstərici əvvəlki ayla müqayisədə 32 milyon ABŞ dolları və ya 0,3% çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 619 milyon ABŞ dolları, yaxud da 5,3% azdır.

Belə ki, cari ilin aprel ayının sonunda AMB-nin valyuta ehtiyatları 11,062 milyard ABŞ dolları, ötən ilin may ayının sonunda isə 11,713 milyard ABŞ dolları olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti