...

Dekolonizasiya bu gün də BMT-nin diqqət mərkəzindədir və bir sıra ərazilərlə bağlı proseslər davam edir - Carlyle Corbin

Siyasət Materials 3 İyun 2025 11:00 (UTC +04:00)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Müstəmləkəçilik beynəlxalq hüquq məsələsi kimi BMT Nizamnaməsində əks olunub. 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatının yaradılmasından sonra dekolonizasiya (müstəmləkəçiliyin ləğvi) üç əsas mərhələdə baş verib. Dekolonizasiya bu gün də BMT-nin diqqət mərkəzindədir və bir sıra ərazilərlə bağlı proseslər hələ də davam edir.

Trend xəbər verir ki, bunu ABŞ-ni təmsil edən İdarəçilik üzrə beynəlxalq məsləhətçi Carlyle Corbin “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq elmi konfransda deyib.

“Birinci mərhələ 1946-cı ildə müstəqil idarə olunmayan ərazilərin siyahısının tərtib edilməsi ilə başlayıb. Həmin vaxt 74 ərazi könüllü şəkildə Böyük Britaniya, ABŞ, Fransa, Niderland, Yeni Zelandiya və digər inzibati güclər tərəfindən bu siyahıya daxil edilib.

1946-1960-cı illər arası dövr “ilk uyğunlaşma mərhələsi” kimi qiymətləndirilir. Bu mərhələdə “özünüidarənin tam səviyyəsi” anlayışının tərifi müzakirə mövzusuna çevrilib. Bu prinsip BMT Nizamnaməsinin XI fəslinin 73-cü maddəsində öz əksini tapır. Bəzi ərazilər BMT qətnamələri ilə siyahıdan çıxarılıb, lakin bəzi hallarda, xüsusilə Fransa tərəfindən, bu addım birtərəfli şəkildə atılıb. Məsələn, Fransız Polineziyası (əvvəlki Fransız Okeaniyası) buna misaldır.

1960-cı ildə BMT tərəfindən “Müstəmləkəçiliyin ləğvi haqqında Bəyannamə” qəbul olunub. Bu sənədə paralel olaraq qəbul edilən 1541 saylı qətnamədə isə müstəqil inkişaf, müstəqillik, yenidən birləşmə və inteqrasiya prinsipləri müəyyən olunub. Bu prinsiplər əsasında bir çox ərazi dekolonizasiya prosesinə daxil olub. İkinci mərhələ (1960-1990-cı illər) sürətli dekolonizasiya dövrü hesab olunur. Xüsusilə Karib və Sakit okean regionlarında bir sıra ərazilər bu dövrdə statuslarını dəyişərək yeni siyasi mərhələyə keçiblər. Dekolonizasiya prosesi bu günədək davam etməkdədir”, - deyə Carlyle Corbin əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti