Bakı. Trend:
2 İyun – Mülki aviasiya işçilərinin peşə bayramı günü münasibətilə mülki aviasiya işçiləri Fəxri xiyabanı ziyarət edib.
Trend xəbər verir ki, bu barədə AZAL "X" səhifəsində paylaşım edib.
Məlumata görə, ziyarət zamanı Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub, məzarı önünə əklil və gül dəstələri qoyulub.
Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub və üzərinə gül dəstələri düzülüb.