...

Qarabağ Universitetində 350 tələbəyə təqaüdün verilməsi nəzərdə tutulur - Nazir

Cəmiyyət Materials 2 İyun 2025 14:13 (UTC +04:00)
Qarabağ Universitetində 350 tələbəyə təqaüdün verilməsi nəzərdə tutulur - Nazir
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xankəndi. Trend:

Bir çox aparıcı dövlət qurumları və özəl müəssisələr təqaüdlərlə bağlı təşəbbüslər irəli sürdü.

Trend-in bölgə müxbiri xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Qarabağ Universitetində “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, “Qarabağ Təqaüd Proqramı” üzrə ən azı 350 tələbəyə təqaüdün verilməsi nəzərdə tutulur və bu rəqəmin artacağı gözlənilir.

"Qarabağ Universiteti yalnız bir təhsil müəssisəsi deyil, həm də təşkilatlanma nümunəsidir və özəl sektor bu təşəbbüsün bir parçası olmaq istəyir. Bu tədbirdə iştirak edən hər kəsə təşəkkürümü bildirmək istəyirəm. Fikirlərimizi bölüşdük, eyni zamanda, biznes qurumları da öz baxışlarını və imkanlarını ifadə etdilər. Təbii ki, bu fikir və imkanlar gələcəkdə müxtəlif formalarda reallaşa bilər", - deyə nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti