...

Qarabağın yaşıl enerjisi ilə Bakının qara qızılını birləşdirəcəyik - Elnur Soltanov

İqtisadiyyat Materials 2 İyun 2025 14:04 (UTC +04:00)
Qarabağın yaşıl enerjisi ilə Bakının qara qızılını birləşdirəcəyik - Elnur Soltanov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağ və Şərqi Zəngəzurda istehsal edilən elektrik enerjisi Qarabağa töhfə verməklə yanaşı, Bakıda qara qızılın işlənməsi üçün sərf olunan elektrik enerjisini yaşıllaşdıracaq.

Bunu Trend-ə açıqlamasında energetika nazirinin müavini Elnur Soltanov bu gün 30-cu Yubiley “Baku Energy Week” tədbiri çərçivəsində deyib.

O bildirib ki, Qarabağda demək olar ki, bütün elektrik enerjisi yaşıl mənbələrdən alınır: "Qarabağda elektrik enerjisinin istehlakı 40 MVt-dan az olsa da, istehsal 100 MVt-dan artıqdır. Bu o deməkdir ki, hazırda Qarabağ yaşıl elektrik enerjisini öz istehlakına sərf etdikdən sonra yerdə qalanını Azərbaycanın digər bölgələrinə ötürür.

Enerjinin istehlakı sahəsində həm binalar, həm də avadanlıqlar nöqteyi-nəzərdən artıq müvafiq qanun hazırdır. Bu istiqamətdə yeni və ciddi nəticələr əldə etməyi hədəfləyirik".

Azərbaycanda ən yaxşı günəş enerjisi potensialının Naxçıvanda, ikinci ən böyük potensialın cənubi Qarabağda olduğunu vurğulayan nazir müavini bundan da maksimum dərəcədə istifadə etmək niyyətində olduqlarını bildirib: "O bölgələrimizdə istehsal edilən elektrik enerjisi Qarabağa töhfə verməklə yanaşı, Bakıda qara qızılın işlənməsi üçün sərf olunan elektrik enerjisini yaşıllaşdıracaq. Yəni biz Qarabağın yaşıl enerjisi ilə Bakının qara qızılını birləşdirəcəyik. Bununla da dekarbonizasiya istiqamətində önəmli addımlardan biri həyata keçirmiş olacağıq".

"Bundan başqa, Mingəçevirdəki "Azərbaycan" İstilik Elektrik Stansiyasına 4 qaz turbinləri gətirilib. Bu turbinlər nəticəsində orada səmərəlilik təqribən 30% artdı. Bu o deməkdir ki, sırf Mingəçevirdə baş verən tədbirlər nəticəsində təbii qaza qənaət 100 milyon kubmetrlərlə ölçülən həcmdədir. Eyni zamanda bərpaolunan enerji stansiyalarının tikintisi dekarbonizasiya anlamına gəlir", - E. Soltanov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti