...

Yaxın iki il ərzində Azərbaycanda 10 günəş və külək elektrik stansiyası istismara veriləcək - Nazir

İqtisadiyyat Materials 3 İyun 2025 09:55 (UTC +04:00)
Yaxın iki il ərzində Azərbaycanda 10 günəş və külək elektrik stansiyası istismara veriləcək - Nazir
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın iki il ərzində Azərbaycanda 10 günəş və külək elektrik stansiyası istismara veriləcək.

Trend xəbər verir ki, bunu Bakı Enerji Forumunda çıxış edən Energetika naziri Pərviz Şahbazov bildirib.

“Biz təkcə mənbə və marşrutlar üzrə deyil, eyni zamanda enerji növləri üzrə şaxələndirməyə olan yanaşmamızı genişləndiririk. Yaxın iki il ərzində “yaşıl” energetikanın ilk inkişaf mərhələsi başa çatdırılacaq: 10 günəş və külək elektrik stansiyası istismara veriləcək”, - deyə o bildirib.

Nazirin sözlərinə görə, 2025-ci ilin sonuna qədər 240MVt gücdə külək elektrik stansiyasının inşası başa çatacaq.

“Bu il ümumilikdə 200 MVt gücündə daha 3 günəş stansiyasının tikintisinə başlanacaq. Həmçinin 100MVt gücündə üzən günəş stansiyası layihəsinə hazırlıqlar aparılır.

Ümumi investisiya həcmi 2,7 milyard ABŞ dolları təşkil etməklə, 2027-ci ilə qədər Azərbaycanın quraşdırılmış enerji gücündə bərpa olunan enerji mənbələrinin payı 33,7%-ə çatacaq. Bu payı 2030-cu ilə qədər 38%-ə, 2035-ci ilə qədər isə 42,5%-ə yüksəltməyi planlaşdırırıq”, - deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti