Bakı. Trend:
Cənubi Koreya vətəmdaşları ölkənin yeni prezidentini seçmək üçün çərşənbə axşamı günü seçki məntəqələrinə gedəcəklər.
Trend-in məlumatına görə, ölkə üzrə seçki məntəqələri yerli vaxtla səhər saat 6:00-da açılacaq və axşam saat 20:00-a qədər açıq qalacaq.
İlk nəticələr seçki məntəqələri bağlandıqdan dərhal sonra gözlənilir. İyunun 4-də baş verməli olan yekun nəticələr elan edildikdən sonra yeni prezident vəzifəsinin icrasına başlayacaq.
Ölkədə erkən səsvermə və xaricdə yaşayan vətəndaşlar üçün səsvermə baş tutub. Mayın 29-30-da keçirilən növbədənkənar səsvermə zamanı seçicilərin 34,7 faizi səs verib ki, bu da təxminən 15,4 milyon nəfər deməkdir.