...

Azərbaycan bərpaolunan enerji sahəsində xarici şirkətlərlə yeni müqavilələr imzalayıb

İqtisadiyyat Materials 2 İyun 2025 14:28 (UTC +04:00)
Azərbaycan bərpaolunan enerji sahəsində xarici şirkətlərlə yeni müqavilələr imzalayıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ümumi gücü 200 MVt olan 3 günəş enerjisi layihələrinin reallaşdırılmasını, həmçinin Energetika Nazirliyi ilə “China Energy Engineering Corporation Limited” və Maire Tecnimont S.p.A. arasında “yaşıl enerji” sahəsində əməkdaşlığı nəzərdə tutan sənədlər imzalanıb.

Trend xəbər verir ki, sözügedən saziş Bakı Enerji Həftəsi çərçivəsində imzalanıb.

Həmçinin, Cəbrayılda inşa olunacaq günəş stansiyaları ilə bağlı “Norm” ASC ilə birgə balanslaşdırma müqavilələrinə də imza atılıb.

Bundan başqa, Energetika Nazirliyi və “Maire Tecnimont S.p.A”. arasında “Enerji Keçidi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun müddətinin uzadılması məqsədilə sənədə müvafiq dəyişiklik edilməsi haqqında Protokol da imzalanıb.

Xəbər lenti

Xəbər lenti