Bakı. Trend:
Somali enerji sahəsində Azərbaycanla tərəfdaşlığa böyük önəm verir.
Trend xəbər verir ki, bu haqda Somali Federativ Respublikasının Energetika və Su Ehtiyatları naziri Abdullahi Bidxan Varsame Bakı Enerji Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Somali Azərbaycanla strateji tərəfdaşlığı yüksək qiymətləndirir və təmiz enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsinə çalışır.
“Enerji sektorunun keçidi ilə bağlı səylərimiz çərçivəsində Somali Azərbaycanın Energetika Nazirliyi ilə bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə dair qarşılıqlı Anlaşma memorandumu imzalayıb”, – deyə nazir qeyd edib.
O həmçinin vurğulayıb ki, Bakı Enerji Forumu qlobal tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi üçün mühüm platformaya çevrilib.
“Bu platforma bizi birgə təşəbbüslərə cəlb etməyə, enerji keçidimizi daha inklüziv və dayanıqlı etməyə kömək edir”, - deyə Varsame əlavə edib.