...

"Tatneft” şirkəti SOCAR-ın “Bibiheybət” yatağı üzrə hidrodinamik modelləşdirmə işlərini yerinə yetirib - Şirkətin baş direktorunun müavini

İqtisadiyyat Materials 2 İyun 2025 16:47 (UTC +04:00)
"Tatneft” şirkəti SOCAR-ın “Bibiheybət” yatağı üzrə hidrodinamik modelləşdirmə işlərini yerinə yetirib - Şirkətin baş direktorunun müavini
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

"Tatneft” şirkəti SOCAR-ın “Bibiheybət” yatağı üzrə hidrodinamik modelləşdirmə işlərini yerinə yetirib.

Bunu Trend-ə “Tatneft” publik səhmdar cəmiyyətinin baş direktorunun Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi (SƏTƏM) üzrə müavini Azat Xabibraxmanov 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (Caspian Oil and Gas) çərçivəsində deyib.

Onun sözlərinə görə, “Tatneft” şirkəti Azərbaycanda SOCAR-ın “Bibiheybət” yatağı üzrə hidrodinamik modelləşdirmə işləri istiqamətində fəaliyyət göstərir və bu günə qədər neft qatının hasilatının artırılması məqsədilə birgə məsələlərin həlli üçün artıq hidrodinamik modelləşdirmə işləri tamamlanıb.

“Tatneft” şirkəti Azərbaycanda bir sıra layihələr həyata keçirməkdədir. Mayın 28-də SOCAR, "Tatneft", "Özbəkneftqaz" və "KazMunayGas" şirkətləri arasında karbonsuzlaşdırma və dayanıqlı inkişaf sahəsində "yaşıl" layihələrin reallaşdırılması üzrə birgə memorandum imzalanıb. Bu memorandum enerji səmərəliliyi, biotexnologiyalar, alternativ enerji mənbələri, iqlim layihələndirilməsi və, əlbəttə ju, ekoloji maarifləndirmə üzrə təşəbbüsləri nəzərdə tutur”, - deyə o bildirib.

Şirkət nümayəndəsi həmçinin, vurğulayıb ki, SOCAR, “KazMunayGas”, “Özbəkneftqaz” və “Tatneft” arasında müxtəlif sahələr üzrə əməkdaşlıq üçün konsorsiumun yaradılması barədə razılıq əldə olunub.

“Söhbət rəqəmsallaşma, sənaye təhlükəsizliyinin təmin olunması və fövqəladə hallara cavab tədbirləri, geofiziki tədqiqatlar, servis xidmətləri, quyuların qazılması, kəşfiyyat və hasilat işləri, eləcə də qeyd olunduğu kimi ‘yaşıl’ layihələrdən gedir. Əsas diqqət davamlı inkişafa və karbonsuzlaşdırmaya yönəlib”, -deyə A.Xabibraxmanov qeyd edib.

Onun sözlərinə görə, yeni layihələrlə bağlı məsələlər yaradılmış konsorsium çərçivəsində müzakirə olunacaq.

“Konsorsium əməkdaşlıq və qarşımızda duran qlobal çağırışlara birgə cavab tapmaq məqsədilə yaradılıb”, - deyə A.Xabibraxmanov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti