Bakı. Trend:
Azərbaycanın Enegetika Nazirliyi ilə “China Energy Engineering Corporation Limited” şirkəti arasında enerji sahəsində hərtərəfli strateji əməkdaşlıq haqqında saziş imzalanıb.
Trend xəbər verir ki, sənəd 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (Caspian Oil and Gas) çərçivəsində imzalanıb.
Sənədi Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və “China Energy Engineering Corporation Limited” korporasiyasının vitse-prezidenti Bo Van imzalayıblar.