...

SOCAR ilə “Gran Tierra Energy Inc.” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

İqtisadiyyat Materials 2 İyun 2025 15:28 (UTC +04:00)
SOCAR ilə “Gran Tierra Energy Inc.” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

“Bakı Enerji Həftəsi” çərçivəsində SOCAR ilə “Gran Tierra Energy Inc.” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Trend-ə bu barədə SOCAR-dan məlumat verilib.

Məlumata görə, sənəd Quba-Xəzəryanı ərazisində karbohidrogen potensialının kəşfiyyatı, işlənməsi və hasilatı layihəsi üzrə texniki və iqtisadi qiymətləndirmə məqsədilə birgə tədqiqat işlərinin aparılmasını nəzərdə tutur.

Eyni zamanda, “Gran Tierra Energy Inc.” şirkəti layihə üzrə mövcud geoloji və texniki məlumatları, həmçinin, logistika və infrastruktur potensialını təhlil edəcək. Geoloji kəşfiyyat proqramı və əsas kommersiya şərtləri razılaşdırıldıqdan sonra Hasilatın Pay Bölgüsü Sazişinin imzalanması üzrə iş aparılacaq.

Qeyd edək ki, baş ofisi Kanadanın Kalqari şəhərində yerləşən “Gran Tierra Energy Inc.” beynəlxalq enerji şirkəti hazırda Kanada, Kolumbiya və Ekvadorda neft və təbii qazın axtarışı və hasilatı ilə məşğuldur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti