...

Ukrayna-Rusiya danışıqlarının ikinci raundu başa çatdı (YENİLƏNİB)

Dünya xəbərləri Materials 2 İyun 2025 17:41 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İstanbulda Rusiya və Ukrayna arasında sülh danışıqların ikinci raundu başa çatıb.

Trend xəbər verir ki, danışıqların Çırağan sarayında iki saata yaxın davam etdiyi və müzakirələrin rus dilində aparıldığı bildirilir.

Danışıqların nəticələri barədə rəsmi məlumat verilməsə də, Türkiyənin XİN nümayəndəsi Öncü Keçeli prosesin heç də neqativ keçmədiyini söyləyib.

"Rusiya və Ukrayna nümayəndə heyətləri fikir mübadiləsi apardı və biz yeni əsir mübadiləsinə hazırlaşırıq”, – deyə Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda keçirilən görüşün ardından bildirib.

xxx

16:35

Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında sülh danışıqlarının ikinci raundu start götürüb.

Trend xəbər verir ki, danışıqlar İstanbulun Çırağan sarayında aparılır.

Rusiyanın nümayəndə heyətinə ölkənin prezidentinin köməkçisi Vladimir Medinski, Ukraynanın nümayəndə heyətinə isə ölkənin müdafiə naziri Rüstəm Umerov rəhbərlik edir.

Danışıqlarda eyni zamanda Türkiyənin XİN rəhbəri Hakan Fidan və Türkiyənin Milli Kəşfiyyat Xidmətinin rəhbəri İbrahim Kalın iştirak edir

xxx

10:29

Rusiya ilə birbaşa sülh danışıqlarının ikinci raundunda iştirak məqsədilə Ukraynanın nümayəndə heyəti artıq Türkiyənin İstanbul şəhərinə çatıb.

Trend bu barədə xarici KİVə istinadən məlumat verir.

Danışıqlarda Ukraynadan olan nümayəndə heyətinə Ukraynanın müdafiə naziri Rüstəm Umerov başçılıq edəcək.

xxx

07:30

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüşün bu gün İstanbuldakı Çırağan sarayında keçirilməsi planlaşdırılır.

Trend xəbər verir ki, danışıqlarda iştirak edəcək Rusiya nümayəndə heyəti dünən axşam saatlarında İstanbula gəlib.

Rusiya tərəfindən nümayəndə heyətinə Rusiya prezidenti Vladimir Putinin müşaviri Vladimir Medinski rəhbərlik edir.

Xəbər lenti

Xəbər lenti