...

Azad edilmiş ərazilərə özəl sektor tərəfindən qoyulan investisiyanın həcmi açıqlanıb

İqtisadiyyat Materials 2 İyun 2025 13:01 (UTC +04:00)
Azad edilmiş ərazilərə özəl sektor tərəfindən qoyulan investisiyanın həcmi açıqlanıb
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xankəndi. Trend:

Azad edilmiş ərazilərdə şəhər, kənd və qəsəbələrə köç edən əhalinin məşğulluq məsələləri xüsusi diqqətdə saxlanılır.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda deyib.

O bildirib ki, bu ərazilərə özəl sektor tərəfindən 45 milyon manata yaxın investisiya qoyulub.

"Nəticədə burda xeyli iş yerləri yaradılıb", - deyə o qeyd edib.

Qeyd edək ki, Böyük Qayıdışın əsas komponentlərindən olan dayanıqlı məskunlaşmanın təmin edilməsi çərçivəsində işğaldan azad olunmuş ərazilərə geri qayıtmış keçmiş məcburi köçkünlər, dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsilalanlar da daxil olmaqla, həmin ərazilərdə hazırda 43 mindən çox insan yaşayır və fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti