Bakı. Trend:
Prezident İlham Əliyev “Lisenziyalar və icazələr haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişikliyi təsdiqləyib.
Trend xəbər verir ki, bitki və bitkiçilik məhsullarına daxili karantin sertifikatının verilməsi qaydası hazırlanacaq.
Nazirlər Kabineti bitki və bitkiçilik məhsullarına daxili karantin sertifikatının, həmin məhsulların ixracına (təkrar ixracına) fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatının verilməsi qaydasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.