...

OPEK rəhbəri əməkdaşlıq haqda sazişə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib

İqtisadiyyat Materials 2 İyun 2025 14:00 (UTC +04:00)
OPEK rəhbəri əməkdaşlıq haqda sazişə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Neft ixrac edən ölkələr təşkilatının (OPEC) baş katibi Haytam Əl-Qais OPEC və qeyri-OPEC ölkələri arasında Əməkdaşlıq Bəyannaməsinə (DOC) göstərdiyi davamlı dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

Bu barədə Trend xəbər verir.

“Azərbaycan Bəyannamənin 2016-cı ildə imzalandığı andan bəri onun əsas iştirakçılarından biridir”, - bəyanatda deyilir.

Əl-Qeys həmçinin, Bakının Enerji Həftəsinin qlobal enerji gündəliyinin əsas məsələlərinin müzakirəsinə strateji yanaşmasını vurğulayıb və bunun 9–10 iyul 2025-ci il tarixlərində Vyanada keçiriləcək OPEK-in 9-cu Beynəlxalq Seminarının prioritetləri və mövzusu ilə uyğunluq təşkil etdiyini bildirib.

Qeyd edək ki, bu gün regionun aparıcı sənaye tədbiri olan 30-cu Bakı Enerji Həftəsi (Baku Energy Week) öz işinə başlayıb. Bu tədbir hər il enerji sahəsinin qlobal liderlərini bir araya gətirir.

4 iyun tarixinədək davam edəcək Baku Energy Week çərçivəsində üç nüfuzlu tədbir keçirilir: 30-cu yubiley "Xəzər Neft və Qaz" (Caspian Oil and Gas) beynəlxalq sərgisi, 13-cü "Xəzər Energetika və Yaşıl Enerji" (Caspian Power) beynəlxalq sərgisi və 30-cu yubiley Bakı Enerji Forumu (Baku Energy Forum).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti