Bakı. Trend:
Polşanın baş naziri Donald Tusk parlamentdən onun hökumətinə etimad səsverməsi keçirməyi xahiş etmək niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə Avropa KİV-ləri xəbər verib.
Onun yaxın vaxtlarda bunu etməyi planlaşdırdığı, lakin dəqiq tarixi açıqlamadığı qeyd edilib.
Tusk prezident seçkilərinin nəticələrindən sonra bu addımı atmağa qərar verib. Ötən gün onun “Vətəndaş Platforması” partiyasının namizədi Rafal Tşaskovski müxalif mühafizəkar “Hüquq və ədalət” partiyasının dəstəklədiyi müstəqil namizəd Karol Navroçkiyə məğlub olub.