...

"Atletiko" Antuan Qrizmannla yeni müqavilə imzalayıb

İdman Materials 3 İyun 2025 00:05 (UTC +04:00)
"Atletiko" Antuan Qrizmannla yeni müqavilə imzalayıb

Bakı. Trend:

Madridin “Atletiko” futbol klubu fransalı hücumçu Antuan Qrizmanla müqaviləni yeniləyib.

Trend-in məlumatına görə, bu barədə klubun mətbuat xidməti bildirib.

Məlumata əsasən, yeni anlaşma 2027-ci ilin iyun ayının sonunadək qüvvədə olacaq.

Qrizmannın “Atletiko”dakı karyerası 2014/2015 mövsümündə başlayıb. Bir müddət “Barselona”da çıxış edən futbolçu sonradan yenidən Madrid təmsilçisinə qayıdıb.

Geridə qalan mövsümdə 53 oyuna çıxan Antuan 16 qola və 9 məhsuldar ötürməyə imza atıb. O, 197 qolla klub tarixinin ən çox qol vuran futbolçusudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti