...

Azərbaycan Serbiyaya təbii qaz satışından gəlirlərini 10 dəfədən çox artırıb

İqtisadiyyat Materials 2 İyun 2025 13:36 (UTC +04:00)
Azərbaycan Serbiyaya təbii qaz satışından gəlirlərini 10 dəfədən çox artırıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycan Serbiyaya 94,7 milyon kubmetr həcmində təbii qaz ixrac edib.

Trend-in Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasında apardığı hesablamalara görə, bu həcmdə təbii qaz ixracından əldə olunan gəlir 46,5 milyon ABŞ dolları olub.

Serbiyaya qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 82,5 milyon kubmetr və ya 7,8 dəfə, dəyər ifadəsi ilə 41,9 milyon ABŞ dolları, yaxud da 10,1 dəfə artıb.

Belə ki, 2024-cü ilin yanvar-mart aylarında Azərbaycandan Serbiyaya 12,2 milyon kubmetr həcmində, 4,6 milyon ABŞ dolları dəyərində təbii qaz ixrac edilmişdi.

Qeyd edək ki, cari ilin yanvar-mart aylarında Azərbaycandan ixrac edilmiş təbii qazın ümumi həcmi 5,9 milyard kubmetr, dəyəri isə 2,2 milyard ABŞ dolları təkil edib. Bununla yanaşı, ilin ilk ayında Azərbaycana idxal edilən təbii qazın həcmi 145,6 milyon kubmetr, dəyəri isə 22,4 milyon ABŞ dolları olub.

Xatırladaq ki, bu dövrdə Azərbaycandan Gürcüstana, Serbiyaya, Türkiyəyə, Bolqarıstana, İtaliyaya və Yunanıstana təbii qaz ixrac edilib, Rusiya və Türkmənistandan isə idxal olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti