...

Hindistanda məmur saxlanılan zaman dəlilləri yeyib

Dünya xəbərləri Materials 2 İyun 2025 14:55 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hindistanın Uttarxand ştatında korrupsiyada ittiham olunan məmur qeyri-adi yolla dəlil “yox etməyə” çalışıb – o rüşvət olaraq qəbul etdiyi pulu yeyib.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, Dehradun diyarı üzrə administrasiyannın əməkdaşı Qulam Heydər yaşayış yeri və kasta mənsubiyyəti haqda arayış verərkən iki min ruppi məbləğində rüşvət alan vaxt saxlanılıb.

Şikayət əsasında polislər onun otağına daxil olarkən, məmur hərəsi 500 ruppi məbləğində olan dörd əskinazı əlinə alaraq əməliyyatçıların gözü qabağında udub. Onun xəstəxanaya çatdırsalar da, həkimlər rüşvət alınmış əskinazları xaric edə bilməyiblər.

Hakim məmur barəsində 14 günlük həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti