Bakı. Trend:
ABŞ və İran arasında nüvə sazişi üzrə danışıqların altıncı raundunun keçirilməsi ehtimalı böyük şübhə altındadır və bu, ümumiyyətlə baş tutmaya bilər.
Trend-in məlumatına görə, bu barədə "CNN" televiziya şirkəti mənbələrə istinadən bildirib.
Məlumata əsasən, İran ABŞ-nin İslam Respublikasının nüvə proqramı ilə bağlı yeni təklifini "uyğunsuz və tutarsız, çox real olmayan və həddindən artıq tələblər irəli sürən" adlandırıb.
"Amerikalılar daim öz mövqelərini dəyişirlər və bu, indiyə qədər uğurlu danışıqlara əsas maneə olub və işi həmişəkindən daha çətinləşdirir", - deyə adı açıqlanmayan yüksək səviyyəli İran rəsmisi CNN-ə bildirib.