...

Paytaxt sakininin idarə etdiyi avtomobildən silah-sursat aşkarlandı

Hadisə Materials 2 İyun 2025 14:20 (UTC +04:00)
Paytaxt sakininin idarə etdiyi avtomobildən silah-sursat aşkarlandı
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində işlər davam etdirilir.

Trend Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, keçirilən növbəti tədbir nəticəsində paytaxt sakini olan bir nəfərin idarə etdiyi avtomobildən avtomat silahı və 5 patron tapılaraq aşkarlanıb. Nərimanov rayonu ərazisində yerləşən evlərdən birinin qarşısından da 1 ədəd avtomat silahı tapılıb.

Bundan başqa, 30 yaşlı paytaxt sakini tapdığı 1 avtomat silahı, 2 patron darağı və 22 patronu polisə könüllü təhvil verib.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti