...

Slovakiya şirkəti avadanlıqlarını Azərbaycanın neft quyularında tətbiq etmək istəyir

İqtisadiyyat Materials 2 İyun 2025 18:10 (UTC +04:00)
Slovakiya şirkəti avadanlıqlarını Azərbaycanın neft quyularında tətbiq etmək istəyir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Slovakiyanın neft-qaz sektoru üzrə həllər təqdim edən "Naftamatika" şirkəti avadanlıqlarını Azərbaycanın neft quyularında tətbiq etmə imkanlarını araşdırır.

Bu sözləri sözügedən şirkətin baş mühəndisi İvan Kolobanov 30-cu Yubiley “Baku Energy Week” tədbiri çərçivəsində Trend-ə açıqlamasında deyib.

O, əvvəlcə təmsil etdiyi şirkət barədə məlumat verib:

"Biz Slovakiyada yerləşən "Naftamatika" şirkətiyik. Biz neft-qaz sektoru üzrə süni intellekt, diaqnostika və prediktiv analitika sahəsində avadanlıqlar istehsal edirik. Bir çox neft-qaz şirkətləri ilə yanaşı, SOCAR üçün də üçün avtomatlaşdırma sistemləri hazırlayırıq. 2018-ci ildən bəri SOCAR-la əməkdaşlıq edirik".

"Avadanlıqlarımızı Azərbaycanın neft quyularında təqdim etməyi planlaşdırırıq. Ümid edirik ki, Azərbaycanda fəaliyyətimizi daha da dərinləşdirəcəyik. Çünki avadanlıqlarımız dünya alternativləri ilə rəqabət apara bilir", - deyə şirkətin baş mühəndisi qeyd edib.

Xəbər lenti

Xəbər lenti