...

Xankəndidə özəl sektor tərəfindən yeni yaşayış binaları tikiləcək

Cəmiyyət Materials 2 İyun 2025 15:42 (UTC +04:00)
Xankəndidə özəl sektor tərəfindən yeni yaşayış binaları tikiləcək
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xankəndi. Trend:

Xankəndi şəhərində aparılan genişmiqiyaslı tikinti quruculuq işləri çəricəvəsində yeni yaşayış binaları inşa ediləcək.

Bu barədə Trend-ə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov "Gələcəyin Qarabağı üçün birgə addımlar" konsept mesajı ilə keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda panel çıxışı zamanı bildirib ki, Xankəndi şəhərində inşa edilən yaşayış binalarının əksəriyyəti ötən əsrin 1950-1960-cı illərində inşa olunub.

"Şəhərin müxtəlif küçə və prospektlərində yerləşən və o zamanlar Azərbaycan hökümətinin maliyyə dəstəyi ilə tikilmiş hündürmərtəbəli yaşayış binalarının əksəriyyəti artıq istismar müddətini başa vurub.

Əksəriyyəti qəzalı vəziyyətdə olan binalar müvafiq qurumların rəyi əsasında sökülərək yerində müasir, Azərbaycanın memarlıq üslubuna uyğun hündürmərtəbəli yaşayış binaları tikiləcək.

İnşaat işləri dövlət büdcəsi hesabına yox, özəl sektor tərəfindən tikinti şirkətləri vasitəsilə həyata keçirəcək. Bu da doğma Xankəndidə dayanıqlı məskunlaşmaya və yeni iş yerlərinin yaranmasına səbəb olacaq. Bir sözlə, özəl sektor tərəfindən həyata kecirləcək tikinti işləri bölgədə iqtisadiyyatın inkişafına müsbət təsir göstərəcək", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti