Bakı. Trend:
Yəmənin "Ənsar Allah" üsyançı hərəkatının husiləri Tel-Əvivin Ben Qurion hava limanına hücum ediblər.
Trend-in məlumatına görə, bu barədə üsyançıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Sariya bildirib.
O bildirib ki, hücum "Zülfiqar" tipli ballistik raketdən istifadə etməklə həyata keçirilib.
Y.Sariyanın sözlərinə görə, əməliyyat “məqsədinə uğurla çatıb”. O, raket zərbəsinin hava limanının fəaliyyətinin dayandırılması ilə nəticələndiyini bildirib.