Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna prezidentleri Vladimir Putin və Vladimir Zelenski ilə mümkün görüşə açıqdır, lakin Moskva və Kiyev arasında ikitərəfli sülh danışıqlarını görməyə üstünlük verir.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt Trampın Türkiyədə Putin və Zelenski ilə üçtərəfli danışıqlara hazır olub-olmadığı ilə bağlı sualı cavablandırarkən deyib.
"[ABŞ] prezidenti [bundan əvvəl] bildirib ki, əgər ora qədər çatacaqsa, bunun üçün açıqdır", - deyə K.Levitt bildirib.
"Lakin o, hər iki liderin, hər iki tərəfin [danışıqlar] masası arxasında oturmağını istəyir. Və biz bu gün onların prezident Trampın çağırışı ilə bunu necə etdiklərini gördük", - deyə o əlavə edib.