Bakı. Trend:
OPEK Vyanada keçiriləcək 9-cu OPEK Beynəlxalq Seminarında fəal iştirakına ümid bəsləyir.
Bunu Trend-ə OPEK baş katibi Heysəm Əl-Qeys Bakı Enerji Həftəsi çərçivəsində özəl müsahibəsində bildirib.
Qarşıdan gələn 9-cu OPEC Beynəlxalq Seminarı barədə danışan Əl-Qays qeyd edib ki, bu, təşkilatın iki ildən bir keçirilən flaqman tədbiridir.
"Bu tədbir hər dəfə daha çox uğurlu olur. Bu il seminar iyulun 9-10-da Vyanada keçiriləcək. Azərbaycanın energetika naziri Pərviz Şahbazovun və COP29-un prezidenti Muxtar Babayevin iştirakına şad olarıq. Bundan əlavə, bu il ilk dəfə olaraq Azərbaycan Dövlət Neft Şirkəti SOCAR seminara sponsorluq edəcək. Tədbirdə SOCAR-ın prezidenti Rövşən Nəcəf də iştirak edəcək.
Proqram çox dolğundur: baş direktorların və beynəlxalq təşkilatların iştirakı ilə üç nazir paneli və yeddi yüksək səviyyəli dəyirmi masa. Artıq OPEC və qeyri-OPEC ölkələrindən, o cümlədən Azərbaycandan mindən çox nümayəndə, eləcə də sənaye nümayəndələri qeydiyyatdan keçib. Planetimizin gələcəyi birlikdə nə qədər yaxşı işləyə biləcəyimizdən və birlikdə düşünə biləcəyimizdən asılıdır - bu, bizim qurduğumuz platformadır. Həmçinin Azərbaycanda fəaliyyət göstərən "Masdar" və ACWA Power kimi bərpa olunan enerji şirkətlərimiz olacaq. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin rəhbəri və dünyanın ən sürətlə artan neft istehlakçısı olan Hindistandan olan nazir də çıxış edəcək. Biz dövlət və özəl sektordan tutmuş sənaye liderlərinə qədər geniş spektrli iştirakçıları bir araya gətirməyə çalışırıq. Biz birlikdə enerjinin gələcəyinə yol açırıq. OPEC həmişə real əsasda dialoqa açıqdır - biz bütün fikirləri alqışlayırıq", - deyə o bildirib.