...

Britaniya ordusunun sayını 76 min hərbçiyə çatdıracaq

Dünya xəbərləri Materials 3 İyun 2025 02:21 (UTC +04:00)

Bakı. Trend:

Böyük Britaniya növbəti parlamentdə ordusunu hazırkı təxminən 72 500 hərbi qulluqudan 76 000-nə qədər artıracaq

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Hili Britaniya parlamentinin İcmalar Palatasında (aşağı palata) çıxışında deyib.

"Növbəti Parlamentdə Britaniya Ordusunu ən azı 76 000 nizami əsgərə çatdırmaq niyyətindəyik. Bir nəsildən sonra ilk dəfə olaraq daimi ordunun sayını artırmaq istəyən hökumətimizdir", - deyə o bildirib.

Növbəti ümumi seçkilər 2029-cu ilin avqustundan gec olmayaraq keçirilməlidir. İcmalar Palatası beş il müddətinə seçilir. Buna görə də hazırkı Leyborist hökuməti ordunu 2034-cü ilə qədər artırmaq məqsədinə çatmaqda qərarlıdır.

Xəbər lenti

Xəbər lenti