Bakı. Trend:
Yaxın günlərdə ABŞ Prezidenti Donald Tramp və Çinin sədri Si Cinpin arasında telefon danışığı aparılacağı gözlənilir.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin nümayəndəsi Kerolayn Levitt deyib.
"İki liderin, çox güman ki, bu həftə telefon danışığı aparacaqlar", - deyə o bildirib.
Bundan əvvəl ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, iki lider arasında ticarət məsələləri ilə bağlı telefon danışığı çox tezliklə baş tuta bilər.