...

Azərbaycanın Keniyadakı səfirliyi açılacaq

Siyasət Materials 2 İyun 2025 23:02 (UTC +04:00)
Azərbaycanın Keniyadakı səfirliyi açılacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın günlərdə Azərbaycan Respublikasının Keniya Respublikasındakı Səfirliyinin rəsmi açılış mərasimi keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

Açılış mərasimində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iştirak edəcək.

Qeyd edək ki, Ceyhun Bayramov bir müddət əvvəl Keniyaya rəsmi səfərə yola düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti