...

“Əl Cəzirə” kanalında Şəhidlər Xiyabanından və BAMF-ın ofisindən sujet yayımlanıb (VİDEO)

Cəmiyyət Materials 2 İyun 2025 18:18 (UTC +04:00)
“Əl Cəzirə” kanalında Şəhidlər Xiyabanından və BAMF-ın ofisindən sujet yayımlanıb (VİDEO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Dünyanın məşhur telekanallarından olan “Əl Cəzirə” kanalında “Azərbaycanın paytaxtı Bakıda Şəhidlər Xiyabanına və BAMF-ın ofisinə ziyarət” adlı sujetlər yayımlanıb.

Trend xəbər verir ki, “Bakıda yerləşən Şəhidlər Xiyabanı” 1990-cı ildə sovet ordusu tərəfindən qətlə yetirilən azərbaycanlıların və Qarabağ müharibəsində həlak olanların məzarlığı və abidəsidir.” – deyə Şəhidlər Xiyabanında lentə alınan kadrlarda qeyd olunub.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisindən olan çəkilişdə isə fondun prezidenti Umud Mirzəyev 30 ilə yaxın bir müddət ərzində işğal altında olan ərazilərin müharibədən hansı səviyyədə təsirləndiyini və erməni vandalizminin nəticələrini çatdırıb. O BAMF-ın Qarabağ reallıqlarının dünyaya çatdırılması istiqamətində gördüyü işlərdən danışıb.

Çəkilişlər kanalın müxbir-produseri Əhməd Həmdi və kameraman Rami Yəhya tərəfindən həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti