...

Prezident İlham Əliyevin səyləri ilə bütün Qarabağda inkişaf və infrastruktur səfərbərliyi gedir - Ərdoğan

Siyasət Materials 2 İyun 2025 19:16 (UTC +04:00)
Prezident İlham Əliyevin səyləri ilə bütün Qarabağda inkişaf və infrastruktur səfərbərliyi gedir - Ərdoğan
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin səyləri ilə bütün Qarabağda inkişaf və infrastruktur səfərbərliyi gedir.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasının yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib.

"Laçında əlamətdar günü birlikdə qeyd etdik. Səfərimiz zamanı Laçın hava limanının açılışını etdik. Azərbaycanın qalib lideri Prezident İlham Əliyevin səyləri ilə 30 illik işğaldan sonra bütün Qarabağda inkişaf və infrastruktur səfərbərliyi gedir.

Qarabağ yolları, tunelləri, yaşayış massivləri, kənd təsərrüfatı sahələri ilə işğalın yaralarını sürətlə sağaldır.

Türkiyə olaraq biz də hər cür dəstəyi veririk", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti