...

Bayrağımız Kanadanın Saskatun şəhərində ucaldılıb (FOTO)

Cəmiyyət Materials 2 İyun 2025 13:50 (UTC +04:00)
Bayrağımız Kanadanın Saskatun şəhərində ucaldılıb (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

28 May – Müstəqillik Günü münasibətilə Kanadanın Saskaçevan əyalətinin Saskatun şəhərində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, mərasim Saskaçevandakı Azərbaycan Birliyinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə Saskaçevan Qanunvericilik Assambleyasının üzvləri – “Saskatoon Willowgrove” seçki dairəsindən Ken Çeveldeyoff və “Saskatoon Silverspring” dairəsindən Hyu Qordon, eləcə də Şəhər Şurasının 9-cu dairə üzrə üzvü Bev Dübua və 2-ci dairə üzrə üzvü Senos Timon, həmçinin yerli Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Azərbaycan və Kanadanın Dövlət himnlərinin sədaları altında üçrəngli bayrağımız səmaya ucaldılıb.

Çıxışçılar Kanada azərbaycanlılarını bu əlamətdar gün münasibətilə təbrik edib, əyalətin mədəni müxtəlifliyinə verdikləri töhfələrə görə soydaşlarımıza təşəkkürlərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti