...

Cənubi Karolinanın Qrinvil şəhərində 28 May 2025-ci il tarixi “Azərbaycanın Müstəqillik Günü” elan edilib (FOTO)

Cəmiyyət Materials 2 İyun 2025 18:58 (UTC +04:00)
Cənubi Karolinanın Qrinvil şəhərində 28 May 2025-ci il tarixi “Azərbaycanın Müstəqillik Günü” elan edilib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Cənubi Karolina ştatının Qrinvil şəhərinin meri Knox Vayt və şəhər şurasının üzvləri 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıb. Bəyannamə ştatda fəaliyyət göstərən Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbala təqdim edilib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Cənubi Karolinanın Qrinvil şəhərində 28 May 2025-ci il tarixi “Azərbaycanın Müstəqillik Günü” elan edilib. Sənəddə Qrinvil şəhərinin uzun illərdir ki, müxtəlif mədəni irslərin və xalqların bir araya gəldiyi qonaqpərvər bir məkana çevrildiyi vurğulanıb. Ştatda yaşayan azərbaycanlıların incəsənət, musiqi, təhsil, elm, tibb və digər sahələrə verdiyi töhfələr qeyd olunub.

Xəbər lenti

Xəbər lenti