...

Ledi Qaqa Ginnesin rekordlar kitabına düşüb

Dünya xəbərləri Materials 2 İyun 2025 20:45 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerikalı məşhur müğənni Ledi Qaqanın Rio-de-Janeyroda verdiyi konsert Ginnesin rekordlar kitabına düşüb.

Trend xəbər verir ki, bu haqda “Ginnes”in rəsmi saytında məlumat dərc olunub.

Ledi Qaqanın pulsuz konserti 3 may tarixində Rionun Kopakabana çimərliyində keçirilmişdi. Konsertdə ümumilikdə 2,5 milyona yaxın insan iştirak edib. Bununla o, ən çox tamaşçı toplamış qadın ifaçının konserti kateqoriyasında dünya rekorduna imza atıb.

Ümumi rekorda isə 30 ildən çoxdur ki, britaniyalı musiqiçi Rod Stüart sahibdir. Onun 1994-cü ildəki Yeni il konsertinə azı 3,5 milyon nəfər tamaşa edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti