...

Ağdamda 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Cəmiyyət Materials 2 İyun 2025 15:25 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərimizin sakinləri üçün aktiv məşğulluq proqramlarını davam etdirir. Bu tədbirlər Ağdam rayonuna köçürülmüş və yaxın dövrdə köçürülməsi nəzərdə tutulan, hazırda ətraf rayonlarda yaşayan sakinləri də əhatə edir. Həmin sakinlərdən artıq 817 şəxs məşğulluq tədbirlərinə cəlb edilib.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 747 şəxsin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən rayona köçürülən sakinlərdən 17 şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb), 70 sakin isə peşə kurslarına cəlb edilib.

Qeyd edilib ki, hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti